İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxana direktoru cərimələndi - tibb bacısını haqsız yerə işdən çıxardığı üçün

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru 1500 manat cərimə olunub. Buna səbəb isə tibb bacsısının haqsız yerə işdən azad edilməsi olub.

Musavat.com xəbər verir ki, direktor Günay Muradova İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 1500 manat cərimə edilib.

Əldə etdiyimiz məlumata görə, xəstəxananın əməkdaşı Elnarə Şıxıyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilb. Elnarə Şıxıyeva bundan müvafiq qurumlara şikayət verib.

Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərar qəbul edib ki, Elnarə Şıxıyevanın işdən çıxarılması zaman əmək qanunvericiliyinin tələbləri pozulub.

O da məlum olub ki, Elnarə Şıxıyeva barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilməsi barədə qərar qəbul edilib, lakin sonradan bu qərar icra edilməyib. Elnarə Şıxıyevaya tibb məntəqələrindən birində kiçik tibb bacısı işləməsi təklif olunub. E.Şıxıyeva bununla razılaşmadığı üçün işdən azad edilib.

Günay Muradova cərimə edilməsindən narazı qalaraq məhkəməyə müraciət edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR