Onlayn ictimai-siyasi qəzet
Kanada hökuməti ABŞ ilə sərhəddə təhlükəsizliyin təkmilləşdirilməsi üzrə dəyəri 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından) çox olan plan hazırlayıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Castin Trüdo bildirib.
“Hökumətimiz Prezident Trumpın sərhəd təhlükəsizliyi kontekstində qaldırdığı narahatlıqları həll etmək üçün artıq addımlar atıb, o cümlədən Kanadaya 1 milyard dollardan da baha başa gələcək hərtərəfli sərhəd planı hazırlayıb. Sərhədin hər iki tərəfində vətəndaşlarımızın təhlükəsizliyi üçün artıq amerikalılarla birgə işləyirik”, - Trüdo deyib.
Baş nazir vurğulayıb ki, Trampın narahatlığına baxmayaraq, Kanadanın payına fentanil narkotik vasitəsinin 1%-dən az hissəsi, eləcə də ABŞ-a daxil olan qeyri-qanuni immiqrantların 1%-dən az hissəsi düşür.
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ