İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngi 21 günə bir yağla sağaltdı - ALİMDƏN SENSASİYA

Alimlərin yağın ömrü uzatması ilə bağlı yeni açıqlaması elmdə sensasiya yaradıb.

Musavat.com Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Tibb Universitetinin beynəlxalq tədqiqat qrupu elmi araşdırmaları ilə sübut ediblər ki, bitki yağı ən ağır hallarda xərçəngi də müalicə edə bilər.

Belə ki, həkimlərdən biri mədəaltı vəzin xərçəngindən əziyyət çəkən xəstəsini ladan ağacı yağı ilə müalicə etməyə başlayıb. O, xəstəsinə hər gün bu yağdan verib. Müayinələr göstərib ki, şiş getdikcə azalıb, 21 gün sonra isə tamamilə itib.

Bu barədə həmin həkim Oklahom universitetinin üzvü Mahmud Suhali məlumat verib.

Həqiqətənmi xərçəngin dərmanı ağac, bitki yağlarındadır? Axı dünya tibbi dərmanlara milyardlarla vəsait xərcləyir. Doktor hesab edir ki, yağda olan maddə şiş hüceyrəsini elə proqramlaşdırır ki, o düzgün işləməyə başlayır. Bu mikroelementin dəqiq olaraq nə olduğunu alim açıqlamır, çünki bu müalicəvi təsiri təsadüfən kəşf edib. Lakin şişin itməsi fakt olaraq ortadadır və tibbi sənədlərlə qeydə alınıb. Ona görə alimlər bundan sonra həmin yağın şişə təsirini elmi araşdırmalıdırlar.

Tarixçilər bilir ki, qədim misirlilər demək olar bütün xəstəlikləri yağlarla müalicə edirdilər.

Alimlər onu da qeyd edir ki, hər yağ hər insana eyni cür təsir etmir. Əgər hər bir şəxs öz bədəninə düşən yağı tapa bilsə, öz ömrünü və gəncliyini 20-30 il uzada bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR