İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngdən qoruyur, ürək-damar xəstəlikləri riskini azaldır - Alaq otunun SİRRİ AÇILDI

Tərkibində olan böyük miqdarda K vitaminin olması alaq otunu dəyərli bitkiyə çevirir. Söhbət gicitkəndən gedir.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Serey Vyalov məlumat verib.

O qeyd edib ki, onun müntəzəm istifadəsi bədəni iltihabdan, aterosklerozdan və xərçəngdən qoruya bilər.

K vitamini sağlamlıq üçün vacib elementdir. Qanın laxtalanması prosesində iştirak edir, həmçinin sümükləri gücləndirməyə kömək edir. Bütün yaşıl tərəvəzlər bu vitaminlə zəngindir, lakin K vitamininin zənginliyinə görə gicitkən birinci yerdədir.

"Gicitkən şorbasının sağlamlığa faydaları da çoxdur. Həzmi yaxşılaşdırmağa, immunitet sistemini gücləndirməyə və iltihabı azaltmağa kömək edə bilər. Bundan əlavə, qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edə bilər ki, bu da ürək-damar xəstəlikləri riskini azaldar. K vitamini də ateroskleroz və diabet kimi bəzi xəstəliklərlə mübarizə aparmağa kömək edir" - Vyalov bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, K vitaminini normada qəbul etmək vacibdir, əks halda tromboza və qanaxmaya səbəb ola bilər.

Gicitkəndən əlavə, Brüssel kələmi və brokoli, ispanaq, cəfəri və cilantro bu vitaminin yaxşı mənbəyidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR