Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin hökumətə 2022-ci ilin fevralından sonra ölkəni tərk etmiş xarici şirkətlərin Rusiya bazarına qayıda bilməsi üçün mexanizm hazırlamağı tapşırıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putini məlumatı Rusiya Sahibkarlar və Sənayeçilər İttifaqının (RSPP) qurultayında çıxışı zamanı açıqlayıb. O, Qərb şirkətlərinin Rusiya bazarına qayıtması üçün nüansları qeyd edib.
Putin bildirib ki, Rusiyadakı bizneslərini endirimli qiymətlə satıb çıxanlar eyni qiymətə geri qaytara bilməyəcəklər. O, deyib ki, xarici şirkətlərin Rusiya bazarına qayıtmasının əlaqələndirilməsi proseduru “mümkün qədər şəffaf” olmalıdır. Onun sözlərinə görə, xarici sahibkarlara Rusiyada “vicdanla və məsuliyyətlə biznes aparmağa” məcburi təminat vermək lazımdır.
Putin bir çox şirkətlərin işləməyə davam etdiyini, kadrlarını saxladığını və nəzarəti Rusiya rəhbərliyinə verdiyini diqqətə çatdırıb: “Yəni onlar bizim bazarda işləməyə davam etdilər, lakin fərqli bir marka altında. Onlar müstəqil və məsuliyyətli seçim etdilər. Və təbii ki, biz bu seçimə hörmətlə yanaşırıq və belə tərəfdaşlarımıza hörmətlə yanaşacağıq”.
Putinin sözlərinə görə, Qərb bizneslərinin yerli bazara qayıtması üçün heç bir xüsusi şərait yaradılmayacaq. O xatırladıb ki, ölkədən heç bir şirkət çıxarılmayıb, lakin hakimiyyət mövcud vəziyyətdən çıxış edəcək.
Hansı şirkətlərin Rusiyada fəaliyyətini bərpa edə biləcəyi barədə hələ dəqiq bir anlayış yoxdur. Ancaq bazarı tərk edərkən bəziləri geri qayıtmaq fürsətini saxlayıblar. Söhbət səhmlərin geri alınması opsionunun bağlanmasından gedir: Mercedes-Benz-in belə opsionları var (opsion müddəti satış tarixindən altı ildir), McDonald’s (15 il), L’Occitane (5 il) və s.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ