Onlayn ictimai-siyasi qəzet
Azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar bu gün Füzuli rayonunda aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Musavat.com-un APA-ya istinadən xəbərinə görə, 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Füzuli rayonunun işğaldan azad olunan İşıqlı kəndində olublar. Onlara burada aparılan mina və partlamamış sursatlardan təmizlənmə əməliyyatları barədə məlumat verilib.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin bu gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Səyyahlar Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada olublar.
Onlar həmçinin Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gediblər.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ