İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb - FOTOLAR

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

Musavat.com xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR