İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən yeni ŞOK görüntü: ruslar İFŞA oldu, Vardanyan isə... CANLI

Bu gün (7 mart 20203-cü il) günorta saatlarında ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edən hərbi kolonunun görüntüləri yayılıb.

Caliber.az-ın əldə etdiyi görüntülərdə qanunsuz erməni silahlılarının kolonunun Rusiya sülhməramlı kontingentin müşayiəti ilə hərəkət etdiyi açıq-aşkar üzə çıxır.

Kolonun önündə rus sülhməramlıların 2 ədəd “UAZ Patriot” maşını hərəkət edir, onun ardınca qanunsuz erməni silahlılara məxsus üstü çadırla bağlanmış yük maşını, “Kamaz” su maşını, arxada isə Rusiya bayrağı ilə BTR-82A zirehli texnikası gəlir.

Qarabağda qanunsuz yerləşən rusiyalı oliqarx Ruben Vardanyan “vəzifəsindən” azad edilsə də, qısa zamanda aktiv “ictimai” fəaliyyətə başlayıb. O, Qarabağ erməniləri üçün bir neçə istiqamətdə yeni layihələr elan edib, Xankəndidə “Bizim dağlar” mərkəzini açıb.

Ermənilərin səngər qazdığını əks etdirən görüntülər yayılıb. Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında görüntülər paylaşılıb. “Könüllülərimiz səngərlər qazırlar ki, düşməndən xəbərsiz və təhlükəsiz şəkildə atəş nöqtələri arasında hərəkət edib vuruşsunlar”, - məlumatda qeyd olunub.

TVMusavat-ın saat 16:15-də “Həftə içi” verilişində BAP sədri Elşad Musayevlə hərbi ekspert Ramil Məmmədli bölgədəki separatizmdən qurtuluş yollarını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9-


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR