İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki separatçılar tərk-silah edilir – detallar “Canlı debat”da

Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir.

Bu barədə Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb:

“Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 15.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR