İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi və Kərkicahan qəsəbəsinin işğalı nəticəsində 2 min 944 nəfər dinc sakin didərgin salınıb

Xankəndi və onun Kərkicahan qəsəbəsinin işğal olunması nəticəsində 2 min 944 nəfər dinc sakin didərgin salınıb.

Musavat.com-un məlumatına görə, bu barədə hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli çəxslərin məhkəməsində dövlət ittihamçısı Fuad Musayev bildirib.

O qeyd edib ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4 min 579 ədəd əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR