Onlayn ictimai-siyasi qəzet
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Musavat.com "Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 10 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bundan əvvəl isə 8 naşın hər iki istiqamətə keçib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb.
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ