İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımını zorlayan və başqa kişilərə zorlatdıran “kişi”yə 20 il həbs verilib

Fransanın Avinyon məhkəməsi dekabrın 19-da Dominik Peliko ad-soyadlı şəxsi ağır şəkildə zorlama ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.

Məhkəmə zamanı Dominik etiraf edib ki, 2011-ci ildən 2020-ci ilə qədər təxminən on il ərzində arvadı Jizelə narkotik maddə verib, onu zorlayıb və digər naməlum kişilərə eyni şeyi etməyi təklif edib.

Jizel Pelikonun zorlanması işinə görə müttəhimlər kürsüsündə 50-dən çox adam oturub. 47 kişi zorlamada, ikisi zorlamaya cəhddə, ikisi isə cinsi xarakterli sataşmada təqsirli bilinib. İttiham tərəfi onlara 10 ildən 18 ilə qədər həbs tələb edir.

Təcavüzkarların yaşı, medianın məlumatına görə, 26-74 yaş arasındadır. Onların arasında yanğınsöndürən, jurnalist, sürücü, elektrik, şirkət rəhbəri və həbsxana gözətçisi var. Şübhəlilərdən biri qiyabi mühakimə olunur.

Məhkəmə materiallarına görə, Dominik Peliko baş verən hər şeyi lentə alıb. O, həmçinin həyat yoldaşının fotoşəkillərini çəkib yaymaqda təqsirli bilinib.

Məhkəmə zamanı məlum olub ki, manyak kişi qızının və iki oğlunun seksual görüntülərini lentə alıb və yayıb.

D.Peliko ictimai yerdə tanımadığı qadınların ətəkaltı fotosunu çəkdiyi zaman polis tərəfindən saxlanılıb, bundan sonra onun telefonunda yuxarıda qeyd olunan kadrlar tapılıb.

Araşdırmalara görə, Fransada zorlama ittihamları nadir hallarda faktiki məhkumluqla nəticələnir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR