Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş sazişi” parlament fraksiyasının deputatı Sərkis Xandanyan Kiyevə səfər edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşüb.
Yerli medianın yazdığına görə, şəxsi söhbət zamanı Xandanyan Ermənistan parlamenti adından Ukrayna Ali Radasındakı həmkarlarına ölkə üçün ağır şəraitdə cəsarətli fəaliyyətlərinə görə dəstəyini ifadə edib və parlamentlərarası platformalarda birgə işin vacibliyini vurğulayıb.
"Sərkis Xandanyan Ukrayna parlamentinin rəhbərinə Ermənistan ətrafında yaranmış problemləri, xarici siyasətinin prioritetlərini, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasındakı danışıqlar prosesinin təfərrüatlarını təqdim edib", - deyə Ermənistan parlamentinin press-relizində deyilir.
Sərkis Xandanyanın bu səfəri Ermənistanın müxalif, xüsusilə rusdilli mətbuatında sərt təpki ilə qarşılanıb.
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ