Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın məktubuna cavabın Omanın vasitəçiliyi ilə göndərildiyini açıqlayıb.
Musavat.com bu barədə İran mediasına istinadən xəbər verir.
"Trampın məktubuna rəsmi cavab (çərşənbə günü - red.) müvafiq formada göndərildi," – deyə, Əraqçi "IRNA" agentliyinə verdiyi müsahibəsində bildirib.
Nazir cavabda iki əsas sənədin yer aldığını bildirib. Birinci sənəddə İranın dünyadakı cari vəziyyətə dair fikirləri yer alır. İkinci sənəd isə Trampın məktubunda ifadə olunan əsas tezislərin təhlilini və həmin mövzulara dair şərhləri əhatə edir.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ