İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin müşavirindən ŞOK TƏHDİD: İsrail səfirliklərinin...

Dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın ali dini liderinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi bazar günü İranın Dəməşqdəki konsulluğuna edilən hücumlara münasibət bildirərkən deyib.

"İsrail səfirliklərinin heç biri artıq təhlükəsiz deyil. Gözləyib nə olacağını görəcəyik", - İran telekanalı onun sözlərini sitat gətirib.

O, iki general da daxil olmaqla 7 İran zabitinin ölümü ilə nəticələnən hücumda İsraili günahlandırıb.

Amerika rəsmiləri hesab edir ki, Tehran hücuma ciddi cavab verməyə hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR