İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xalqlarımızı fransız dilində danışmağa məcbur edirlər" - Yakob Bisep

Fransanın məqsədi assimilyasiya etməkdir.

Bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Fransa bu siyasətinə ilk olaraq dildən başlayır.

“Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır”,- deyə o əlavə edib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.//Trend

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR