İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xalq artisti dedi ki, Mələkxanım oxusa, dünyanı dağıdaram"

"Opera mənim üçün həsrətdə qalmışdı. Sonra İraqa gedirdik. Mənə deyilmişdi ki, Leyli obrazını oxuyacaqsan, Məcnun isə Mənsum İbrahimov. Amma bir sənətkar dedi ki, dünyanı dağıdaram. Necə olur həmişə bu obrazı mən oynamışam. Xalq artisti idi, adını çəkməyəcəyəm, dünyasını dəyişib".

Bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" proqramında deyib.

Müğənni "Leyli və Məcnun" tamaşasındakı çıxışından danışıb. O bildirib ki, adını açıqlamadığı Xalq artisti onun yolunu kəsməyə çalışıb:

"Təbii ki, mən oxudum, çünki rəhbərlik qərar vermişdi. Bakıya qayıdandan sonra Alim Qasımov operadan gedirdi. Nazirliyə dedim ki, oxumaq istəyirəm və Alim Qasımovla. Dedilər ki, Alim gedib, oxumayacaq. Söz verdim ki, oxuyacaq. Alim dedi ki, oxumuram. Getdim həyat yoldaşı Tamilla xanımın yanına. Cavab verdi ki, oxuyacaq. Sağ olsun, gəldi, bir il birlikdə məşq etdik, oxudum". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR