İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanılıb 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR