Onlayn ictimai-siyasi qəzet
“2024-cü ildə Ermənistan prezidentinə göndərilən 59 əfv müraciətindən yalnız 1-i təmin edilib. Beləliklə, bu il əfv müraciətlərinin təmin olunma faizi cəmi 1,7% təşkil edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu statistik məlumatı yerli vəkil Narek Aloyan paylaşıb.
Onun sözlərinə görə, bir çox məhkumun amnistiya elan edilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Ermənistan hökuməti “amnistiyanın daha ümumi xarakter daşıdığını” və “dövlətin humanizm və xoş niyyət prinsipini əsasən əfv proseduru çərçivəsində nəzərdən keçirdiyini” söyləməklə kifayətlənir.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ