İnsanlara hürriyət, millətlərə istiqlal!

WSJ: “Bayden administrasiyası Kremllə məxfi danışıqlara başlayıb”


ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələri məlumat yayıb.

Qəzetin yazdığına görə, Rusiya rəsmiləri ilə danışıqların məqsədi Ukraynada müharibənin dayandırılması şərtlərini müzakirə etmək deyil, münaqişənin daha da gərginləşməsi riskini azaltmaq və kommunikasiya kanallarını açıq saxlamaq olub.

Xatırladaq ki, Sallivan ötən həftə Kiyevə səfər etmiş və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmüşdü.

“The Washington Post”un informasiyasına görə, ABŞ rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiya ilə danışıqlardan va keçməməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR