İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"ın bu funksiyası təhlükəlidir, pullarınız oğurlana bilər

"WhatsApp" yeni aktivləşən "ekran paylaş" funksiyası üzərindən kiberdələduzluq halları baş verir. Tanımadığınız nömrələrdən gələn görüntülü zəngləri qəbul etməyin".

Musavat.com xəbər verir ki, bu barədə İT mütəxəssisi Elvin Abbasov bildirib.

O əlavə edib ki, "WhatsApp" üzərindən müxtəlif xarici nömrələr ilə zəng edərək özlərini güc sturukturlarının əməliyyatçısı kimi təqdim edən dələduzlar, daha öncədən şəxsi məlumatları sosial mühəndislik yolu ilə əldə edilən vətəndaşa öz məlumatlarını təqdim edərək bank tətbiqinizə müdaxilə edir, vətəndaşdan ekran görüntüsünün paylaşmaqlarını tələb edirlər.

Vətəndaş ekranı paylaşdıqdan sonra isə OTP kodu göndərilir və ekranda görünən kodu əldə edirlər. Dərhal vətəndaşın bank hesabına daxil olaraq mövcud vəsaiti və vətəndaşın adına kredit alaraq öz hesablarına köçürürlər.

Bu  (+35794064812
+94457002169
+94457993597) nömrələrdən zəng edilib.

Nömrələr tez-tez dəyişir. Xarici nömrələrdən gələn görüntülü zəngləri açmayın, bu çox təhlükəlidir.

Məsələ ilə bağlı artıq bir neçə nəfər mənə müraciət edib".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR