Onlayn ictimai-siyasi qəzet
Aparıcı Vüsalə Əlizadə ona ünvanlanan iddialara aydınlıq gətirib.
Aparıcı ötən gün 1 ay ərzində 4 kiloqram çəki atmasına yardımçı olan pəhrizini izləyiciləri ilə bölüşüb.
Vüsalənin saat 4-dən sonra yemək yemədiyini bildirməsi izləyicilər tərəfindən inandırıcı qarşılanmayıb. Aparıcı suallara belə aydınlıq gətirib:
"Xanımların çox yazır ki, saat 4-dən sonra yemədiniz? Ya da yediniz, paylaşmadınız, bu qədər saat dözmək olar? İnanın heç nə yeməmişəm. Həm vaxt olmayıb, həm də pəhrizdəsənsə, buna dözməlisən. Təbii ki, bu, aclıqla olmamalıdır. Arada meyvə qurusu ilə çay içmişəm. Bir almam var idi, o da qızımla yarı bölüb yedim. Çalışıram daha çox su içim. Suyun içinə limon sıxa, nanə, meyvələr doğruyub ata bilərsiniz. Özünüz üçün detokslar hazırlaya bilərsiniz. Ən yaxşısı gecədən suyun içinə çiya toxumu atıram, səhər ona limon sıxır və ya meyvə dilimləri əlavə edirəm. Əslində bu yaxşı deyil, gün ərzində yeməlisiniz".
Qeyd edək ki, Vüsalənin ötən gün arıqlamaqla bağlı paylaşdığı tövsiyələri müzakirələrə səbəb olmuşdu. İzləyicilərin çoxu bu cür qidalanmağlın sağlamlığa mənfi təsir edəcəyini bildirmişdi. (Axşam.az)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ