İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Qurbanovdan yaralananların vəziyyəti ilə bağlı açıqlama

Təyyarə qəzasında yaralanan vətəndaşlarımızın Aktau şəhərindən təxliyəsinə başlanılıb.

Bu barədə bu gün "Yeni Klinika"da olarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, yaralıların "Yeni Klinika"da qəbulu həyata keçirilir.

"Bir qism yaralılar artıq klinikaya qəbul olunub. Yaralıların vəziyyəti dəyərləndirilir. Onların əlavə müayinələrə ehtiyacları təmin olunub. Onlar artıq stasionar müalicə üçün şöbələrə qaldırılıb.

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən bütün müayinələr və müalicələr hazırda tibb müəsissəmizdə həyata keçirilir. Məqsədimiz qəzada xəsarət alanların tezliklə sağlamlığına qovuşmasıdır",-deyə sədr qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR