İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar evində işləyən ustaları polisə şikayət etdi - FOTO

Müğənni Vüqar Muradov evində çalışan ustalardan şikayət edib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi ustaların ona ziyan vurduğunu, üstəlik pulunu alıb, qaytarmadıqlarını bildirib:

“Bu iki dələduz, ustalıqdan xəbəri olmayan Rasim və Cəlal mənim evimdə işləyirdilər. Evimi bərbad günə qoymuşdular, yazığım gəldi, dedilər qalaq işləyək. Dedim işləyin, səhvlərinizi də düzəldin. Düzəltmədilər, hətta biri 350, o biri də 460 manat borclu qaldı. İndi telefona cavab vermirlər, söz vermişdilər gətirib pulu qaytaracaqlar. İki aydır gətirmirlər, vurduqları ziyan ən az 3-4 min manat arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də Gədəbəydəndir”.

Vüqar Muradov sözügedən məsələ ilə bağlı polisə də müraciət edib:

“Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR