Onlayn ictimai-siyasi qəzet
Deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinin sakinləri ilə olub.
Musavat.com xəbər verir ki, kənd ziyallısı Fəttah Rüstəmov çıxış edərək namizədin VI Cağrış Milli Məclisdə təmsilçiliyi dövründəki fəaliyyətini yüksək qiymətləndirərək qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.
O, namizədin daimi olaraq öz seçicilərinin qayğıları ilə maraqlandığını və öz səlahiyyətləri çərçivəsində onlara dəstək olduğunu bildirib.
Sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət edən Fəttah Rüstəmov layiqli namizədə səs verməyə çağırıb.
Vüqar Bayramov çıxışı zamanı 131 görüşdə 2 minə yaxın sakini birbaşa dinləyərək, ünvanına daxil olan 4898 müraciət əsasında 2100-dək rəsmi deputat sorğusu göndərdiyini bildirərək konkret fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda, Milli Məclisdə və beynəlxalq platformalardakı fəaliyyətim barədə qısa hesabatı təqdim edib.
Görüşdə çıxış edənlər VI çağırış Milli Məclisdə təmsilçiliyi dövründə kəndin qayğılarının həllinə dəstəyə görə namizədə təşəkkür edərək bir sıra digər məsələlərə də diqqət ayırıblar.
İnteraktiv keçən görüşdə sakinlərin bütün sualları cavablandırılıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ