İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç istefa vermək fikrində deyil – Belqradda izdihamlı etirazlar, onlarla yaralı və həbs var

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa vermək niyyətində olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, o, bu açıqlamanı ötən gecə Belqradda keçirilən irimiqyaslı müxalifət mitinqindən sonra təşkil olunan mətbuat konfransında verib.

Şənbə günü baş tutan etiraz aksiyaları zamanı 22 nəfər həbs olunub, 56 nəfər isə yaralanıb.

Etirazçıların sayı ilə bağlı rəqəmlər isə fərqlidir. Serbiya polisi aksiyada 107 min nəfərin iştirak etdiyini bildirsə də, müxalifət nümayəndələri bu rəqəmin 500 min – 1 milyon arasında olduğunu iddia edir.

Gərginlik fonunda Vuçiçin bu qərarı ölkədə siyasi vəziyyətin daha da qızışmasına səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR