Onlayn ictimai-siyasi qəzet
Çinin avtomobil istehsalçıları Almaniyadakı “Volkswagen” zavodları ilə maraqlanmağa başlayıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin rəsmiləri Almaniyanın öz ənənələri və məşhur “Volkswagen” brendi ilə tanınan nüfuzlu avtomobil sənayesində iştiraklarını gücləndirmək üçün zavodları almağı düşünürlər. Bu addım çinli avtomobil istehsalçılarına Aİ-nin elektrikli avtomobillərə qoyduğu yüksək tariflərindən qaçmağa və Avropa bazarında mövqelərini gücləndirməyə kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, belə bir sövdələşmə Avropa iqtisadiyyatına ən çox müzakirə edilən Çin investisiyalarından birinə çevriləcək. İllərdir Almaniyanın sənaye üstünlüyünün simvolu olan “Volkswagen” tələbin azalması, qlobal tənəzzülün təsiri və təmiz texnologiyaya keçid kimi çətinliklərlə üzləşir.
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ