İnsanlara hürriyət, millətlərə istiqlal!

Viza pullarını yığıb xaricə qaçdı - VİDEO

Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia ediblər.

Belə ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə açılmır.

Zərərçəkmişlər bildiriblər ki, şikayətçi olduqları "Vork time travel 2" turizm şirkətinin sonradan adı dəyişdirilərək "Nextstation" MMC adlandırılıb.

Aldadılan vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarılıb.

Qeyd edək ki, vətəndaşlardan pul alan şəxsin xaricə qaçdığı iddia edilib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR