İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff artıq Moskva yolundadır, Lukaşenko da Kremlə tələsir

Hazırda Qətərdən "Gulfstream G650ER" biznes-jetinin uçuşu qeydə alınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin fevral ayında Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff məhz bu təyyarədə Moskvaya səfər etmişdi.

Onun bir gün əvvəl Qətərdə olduğu da məlum olub.

Bundan başqa Belraus prezidenti Lukaşenkonun fəaliyyətini işıqlandıran “Pool Perviy” kanalı onun da Moskvaya uçduğunu bildirib.

Qeyd edək ki, ABŞ-nin "The New York Times" qəzeti daha əvvəl ABŞ-nin Belarusla müqavilə hazırladığını yazıb: "Lukaşenko sanksiyaların yumşaldılması müqabilində çoxlu sayda siyasi məhbusu azad edəcəyinə söz verib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR