İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Osimhen "Qalatasaray"da bir şərtlə qalmağa razıdır

Türkiyənin "Qalatasaray" klubunun hücumçu Viktor Osimheni komandada saxlaya bilməyəcəyi ehtimalı getdikcə artmaqdadır.

Türkiyə mətbuatı xəbər verir ki, 26 yaşlı nigeriyalının tələbi "Cim Bom"u bir qədər də çətinə salıb.

Ötən ilin yayında "Napoli"dən icarə əsasında transfer olunan futbolçu İstanbulda 1 şərtlə qalmağa razıdır: ilə 15 milyon avro əməkhaqqı və 4 illik müqavilə.

Bundan başqa, İtaliya klubuna 67 milyon avro kompensasiya ödəmək lazımdır. Ancaq "Qalatasaray"ın bu şərtləri həyata keçirə biləcəyi inandırıcı görünmür.

Osimhenin müştərilərinin sayı isə gündən-günə çoxalır. Əgər bir müddət öncə "Mançester Yunayted"in gənc hücumçunu istədiyi bildirilirdisə, indi "Çelsi"nin transfer hüquqlarının alınması üçün 75 milyon avro ödəməyə hazır olması barədə məlumat yayılıb.

Qeyd edək ki, Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 29 oyunda forma geyinib, 23 qol vurub, 5 məhsuldar ötürmə verib.//Offsideplus.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR