İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifəyə təyin olunan Murad Axundov Musavat.com-a DANIŞDI: “Başqa bir məqsəd ola bilməz”

“Bu gündən etibarən işə başlamışam. Media layihələri üzrə mütəxəssis vəzifəsində çalışacağam. KİV ilə əlaqələrin yaxşılaşdırılmasına, ümumi işə töhfə verməyə çalışacağam”.

Bu sözləri Musavat.com-a açıqlamasında AFFA-nın Media departamentində mütəxəssis vəzifəsinə gətirilən Murad Axundov deyib.

M. Axundov bildirib ki, hazırkı təyinatına qədər “CBC International” telekanalında çalışıb:

“2021-ci ildə “Keşlə”də (indiki “Şamaxı”) mətbuat katibi olmuşam. Son illərə qədər isə qeyd etdiyim kanalda çalışmışam”.

“Hansı fərqi ortaya qoymaq istərdiniz?” sualına isə Murad Axundov belə cavab verib:

“Bu barədə danışmaq çox çətindir. Çünki bu gün AFFA-da ilk iş günümdür. Hələ ki, tanışlıq görüşləri keçirirəm. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Ölkə futbolu hamımızın futboludur. Hamımız əlimizdən gələni etməliyik ki, futbolumuz inkişaf etsin. Başqa bir məqsəd olmamalıdır və ola bilməz. Ona görə də əlimizdən gələn, öhdəmizə düşən vəzifə borclarının hamısını yerinə yetirməliyik”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR