İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi sahəsində sürpriz artım – ƏDV ödəyiciləri niyə çoxalıb?

"Son məlumata görə, 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu, faiz ifadəsində böyük artım olmasa da, sözügedən statistika üzrə stabilliyin tam qorunması kimi qiymətləndirilə bilər. Əsas maraqlı məqam ƏDV ödəyicilərinin sayının daha ciddi artmasıdır".

Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov qeyd edib.

ELDENİZ EN SON.jpeg (56 KB)

İqtisadçı bildirib ki, bu artım həmin tarixə 2,9 faiz olub:

"Belə ki, hazırda 54,4 min aktiv ƏDV ödəyicisinin olduğu bildirilir. Riyazi hesablasaq, deməli, bu tarixə təxminən 1500 yeni ƏDV ödəyicisi yaranıb.

Göründüyü kimi, ƏDV ödəyicilərinin artım tempi ümumi sahibkarların artım tempindən daha yüksəkdir. Adətən ƏDV ödəyicilərinin sayının artım tempinin ümumi sahibkarın sayının artım tempindən yüksək olması 3 səbəbdən baş verir.

Birincisi, ən sadə haldır - böyüyən bizneslər yeni yarananları üstələyir. İkincisi, şəffaflaşma prosesinin gücləndirilməsi nəticəsində göstəricilər yüksəlir. Üçüncüsü isə nə dövriyyə artır, nə şəffaflıq, sadəcə Vergi Məcəlləsində edilən dəyişikliklər nəticəsində dünən ƏDV ödəyicisi olmayan sahibkar bu gün ƏDV ödəyicisi olur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR