İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkilin özünü yandırdığı yerdən GÖRÜNTÜLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb.

Musavat.com xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) qeydə alınıb.

Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

@@TVmusavat/76030@@

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Musavat.com-a bildirib ki, Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə problemi olmayıb: "Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq".

Sədr Zaur Məmmədovun yaxınlarına başssağlığı verib.

Bakıda vəkil özünü kollegiyanın yanında yandırıb - FOTO

Bakıda vəkil özünü kollegiyanın yanında yandırıb - FOTO

Bakıda vəkil özünü kollegiyanın yanında yandırıb - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR