İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun Moskvadan TƏLƏBİ: Müharibə o zaman sona çatacaq ki… – FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya prezidenti Ukrayna ilə bağlı sazişi imzalamaqdan imtina etməklə öz ölkəsini məhv edir. Onun sözlərinə görə, Vladimir Putin razılığa gəlməlidir.

D.Tramp vurğulayıb ki, Moskva Ukraynadakı münaqişənin nizamlanmasına dair sazişi qəbul etməkdən imtina edərsə, Rusiyanın böyük problemləri olacaq. Eyni zamanda, ABŞ prezidenti böhrana “mümkün qədər tez” son qoymaq üçün danışıqlar təşkil olunan kimi Rusiya lideri ilə görüşməyi planlaşdırdığını bildirib. O qeyd edib ki, bu istiqamətdə artıq addımlar atılır.

Vaşinqtonun Moskvadan TƏLƏBİ: <span style=color:red>Müharibə o zaman sona çatacaq ki... - FOTO

Bundan bir gün əvvəl isə CNN telekanalı Trampın Putinlə telefon danışığının təşkil edilməsini əmr etdiyini bildirib. Məlumata görə, söhbətin mövzusu Ukraynadakı nizamlanma olacaq. Kremlə yaxın mənbələr də danışıqlara hazırlıqların getdiyini təsdiqləyiblər. Lakin qeyd ediblər ki, hələlik şəxsi görüşdən söhbət getmir. Ehtimal olunub ki, Trampın ilk rəsmi səfəri Rusiyaya deyil, Çinə olacaq.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, V.Putinin Ukraynanı işğal etmək hərəkəti onu və ölkəsini çıxılmaz vəziyyətə salıb.

Vaşinqtonun Moskvadan TƏLƏBİ: <span style=color:red>Müharibə o zaman sona çatacaq ki... - FOTO

Siyasi şərhçinin sözlərinə görə, Kreml rəhbərinin bu prosesdən özünün və dövlətinin üzünü, olub-qalan nüfuzunu saxlayaraq çıxması müşkül məsələdir: “Putin istəklərinin heç birinə çata bilməyib, milyona yaxın insan itkisi verib, şəhərləri hər gün dron və raketlərlə vurulur, Kursk vilayəti işğal edilib. Əslində bunun özü Putin üçün elə böyük zərbədir ki, Rusiyanın bu utancla mövcudluğu ciddi problemlər doğurur. Qeyd edilənlər fonunda Putinin Trampın da qeyd etdiyi kimi, saziş imzalamaqdan imtina etməsi Rusiyanın məhv olması anlamına gəlir. Putin Trampın şərtlərilə belə, hansı ki, işğal etdiyi ərazilərin onlarda qalmasını ehtiva edir, saziş imzalamaqdan imtina etməsi onu göstərir ki, Kreml rəhbəri daha maksimalist iddialar irəli sürür. Tramp hələlik səbir və sükunətlə Putinə yanaşır. Onunla ikili görüşün nəticələrini gözləyir. Amma ilk rəsmi səfəri Çinə etməyi fikirləşməklə Rusiyaya həm vaxt verir, həm də hakimiyyətə gələn kimi Putinlə görüşmək istəyi ilə ona özünü vacib şəxs etmək şansı vermək istəmir. Bununla yanaşı, Çin liderini də Putinə dəstək vermək mövzusundan çəkindirmək istəyir”.

Vaşinqtonun Moskvadan TƏLƏBİ: <span style=color:red>Müharibə o zaman sona çatacaq ki... - FOTO

A.Qasımov deyib ki, V.Putin ilk növbədə D.Trampın istəyi ilə Ukraynanın işğalı məsələsindən birdəfəlik vaz keçməlidir: “Məsələ uzun illərə həll edilməlidir. Burada müəyyən məsələlər var ki, gələcək planlar üzərində qurulub. Ukrayna ərazisində Qərbin bazalarının qurulması buna bir misaldır. Moskva da bunu başa düşdüyü üçün daha çox Ukrayna ərazilərinə iddia edir. Hesab edirəm ki, Moskvanın istəyi ilə Ağ Evin istəyi üst-üstə düşməyəcək və müharibə ancaq o zaman sona çatacaq ki, tərəflərdən biri öz istəyinə nail olsun. Tramp ABŞ-də neft emalını artırmaqla “qara qızıl”ın qiymətini aşağı salmağı planlaşdırır. Bunun özü Rusiyaya təzyiqdir. Çin də Rusiyanın arxasından çəkilərsə, onda Kreml rəhbərinin aqibəti acınacaqlı olacaq. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi qaldığı yerdən davam edəcək. Rusiya isə elə duruma düşəcək ki, bu, ən yaxşı halda Putinin hakimiyyətdən getməsi ilə nəticələnəcək. Putinin Trampın istəklərinə razı olması ehtimalı yox dərəcəsində olduğu üçün dünyada hələ çox proseslər baş verəcək. Çünki bu məsələ dünyanın qarşısındakı ən böyük problemdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR