İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Tehrana gözlənilməz jest – ABŞ uran zənginləşdirilməsinə “yaşıl işıq” yandırdı? 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə apardığı görüşdə Vaşinqtonun Tehran qarşısında uranın zənginləşdirilməsindən tamamilə əl çəkmə tələbi irəli sürülməyib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Uitkof danışıqlarda diqqətin daha çox mövcud zənginləşdirilmiş materialların hərbi məqsədlərlə istifadəsinin qarşısının alınmasına yönəldilməsini irəli sürüb.

Qəzet qeyd edir ki, ilkin mərhələ İran üçün müsbət nəticələnib, çünki bu danışıqlar gələcəkdə prosesin daha yüksək səviyyədə davam etməsi üçün vacib olan məqsədlərin əldə olunmasına şərait yaradıb.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar aprelin 12-də start götürüb. Tərəflər, nüvə proqramına qoyulan məhdudiyyətlər fonunda, bir sıra sanksiyaların yüngülləşdirilməsi məsələlərini müzakirə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR