İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda "Nə oldu, Paşinyan" sədaları altında möhtəşəm aksiya

ABŞ-da yaşayan Azərbaycan və Anadolu türkləri Vaşinqtonda ermənilərin saxta soyqırım iddialarına qarşı möhtəşəm aksiya keçiriblər.

Bu barədə Musavat.com-a Vaşintonda yaşayan Muhammed Sami Görgülü məlumat verib. O, bildirib ki, 24 aprel 2022-ci ildə Vaşinqtonda erməni doasporu tərəfindən Türk rezidansı (Türk Evi) önündə təşkil edilmiş qondarma erməni soyqırımı aksiyasına cavab olaraq "Nə oldu, Paşinyan" şüarı ilə aksiya təşkil edilib. Aksiya Azərbaycan və Türkiyə təmsilçiləri tərəfindən təşkil olunub.

Əlamətdar hal budur ki, həmin aksiya Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədə söylədiyi və trendə çevrilmiş "Nə oldu, Paşinyan" ifadəsinin musiqili variyasiyası əsasında təşkil olunub.

Həmin görüntüləri təqdim edirik:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR