Onlayn ictimai-siyasi qəzet
Daha əvvəl bildirildiyi kimi, fevralın 12-də Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ vətəndaşını və iki belaruslu siyasi məhbusu həbsdən azad edib.
Bayden administrasiyası dövründə Belarusla bağlı siyasətə nəzarət edən ABŞ-ın Avropa üzrə dövlət katibinin müavini Kris Smitin sözlərinə görə, bu addım Vaşinqton və Minsk arasında "böyük sövdələşmə"nin hazırlığı ola bilər.
Musavat.com xəbər verir ki, “The New York Times” (NYT) nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin əməkdaşı Minskdən amerikalı və iki siyasi məhbusun çıxarılması üçün təşkil olunan "xüsusi əməliyyatda" şəxsən iştirak edib.
Bildirilir ki, Smit Minskə səfəri zamanı Lukaşenko və Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel ilə görüşüb.
Diplomatın sözlərinə görə, gözlənilən razılaşma çərçivəsində Lukaşenko geniş ictimaiyyətə tanınan bir sıra siyasi məhbusları azad edə bilər. ABŞ isə buna cavab olaraq Belarus banklarına və kalium gübrələrinin ixracına tətbiq olunan bəzi sanksiyaları yumşaltmağa hazır olduğunu bildirib.
NYT yazır ki, Smit hələ 2024-cü ildə Belarusa qarşı sanksiyaların yumşaldılması ilə bağlı ABŞ müttəfiqləri ilə danışıqlara başlayıb.
Musavat.com
16 Fevral 2025
15 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ