Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tobacco International” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Musavat.com Qaynarinfo-ya istinadla xəbər verir ki, qanuni təmsilçisi Hüseynzadə Amil Cabbar oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.
Qeyd edək ki, "Cahan Tobacco International" şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.
"Cahan Tobacco International" MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ