Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Azərbaycan təkcə yola sahib olmaq istəmir, onlar Süniki tədricən fəth etmək istəyirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli türkoloq Varujan Geqamyandır.
Erməni türkoloq Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Milli Məclisin deputatı İlyas Topsakal türk dünyasının birləşməsi kontekstində “Zəngəzur dəhlizi” mövzusu ilə bağlı sözlərini xatırladıb.
“Bunu bir daha qeyd etmək vacibdir aydın olsun ki, Türkiyə və Azərbaycan sadəcə bir yola sahib olmaq istəmirlər, onlar Süniki yavaş-yavaş fəth etmək istəyirlər, ona görə də İran ərazisindən keçən alternativ yollar haqqında danışmaq sadəcə olaraq, təbliğat tezislərini yayındırır”,-deyə revanşist ekspert qeyd edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ