İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” terrorçu təşkilat kimi tanına bilər

Avropa Parlamenti Kremlə yaxın iş adamı Yevgeni Priqojinin qurduğu “Vaqner” ÖHŞ-ni (Özəl Hərbi Şirkət) terror təşkilatları siyahısına daxil etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Parlament məsələ il əlaqədar Avropa Şurasının rəhbəri Şarl Mişel və Çexiyanın baş naziri Petr Fiala məktub göndərib. Avropa Birliyinin qanunvericilik orqanı “Vaqner” muzdlularını münaqişələrdə iştirak etməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edir.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna tərəfinə keçdikdən sonra yenidən Rusiyaya təhvil verilən bir “Vaqner” döyüşçüsünün başının çəkiclə əzilərək öldürülməsi videosu böyük hay-küy doğurub.

Rusiya ombudsmanı Tatyana Moskalkova keçmiş döyüşçünün edam səhnəsinin istintaq orqanları tərəfindən yoxlanıldığını deməklə kifayətlənib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin bu məlumatın nə dərəcədə doğru olduğunu bilmədiyini ifadə edib.

“Vaqner” özəl hərbi şirkəti Afrika və Suriyada törətdiyi əməllərlə tanınır. Rusiyanın məşhur jurnalistləri Orxan Camal, Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevin Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsi hadisəsində də şirkətin adı hallanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR