Onlayn ictimai-siyasi qəzet
“Proses mahiyyət etibarilə başa çatmaq üzrədir. Ermənistanda yeganə aktiv keçmiş Nikolun özüdür”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistanın “Alternativ Layihələr” qrupunun eksperti Vahe Ovannisyanın “Sonuncu köhnənin silinməsi” başlıqlı məqaləsində əks olunub.
İndi biz süni şəkildə uzadılan və ya sürətləndirilə, həm də fors-major xarakter daşıya bilən keçid dövründəyik. Biz indi heç nəyi olmayan, heç bir perspektivi olmayan bir dövlətik.
Bütün fəlakətlərdən sonra Nikol deyir ki, olan olub, bunu xəyanət, istəyirsən buna təslim, tarixi qaçılmazlıq, keçmişin səhvlərinin nəticəsi de, amma fakt baş verib, indi mən gələcəyə baxışımı təqdim edirəm: “sülh və qarətin qaytarılması”,-deyə Ovannisyan yazıb.
Erməni ekspertin fikrincə, yerli müxalifət də alternativ olaraq heç nə təklif etmir.
“Müxalifət ancaq köhnə hekayələrdən danışır. Amma indi reallıq tamam başqadır və adi vətəndaş bunu instinktiv şəkildə dərk edir və yenə də instinktiv olaraq gələcəyə rasional baxış tələb edir.
Gələcək üçün formula yoxdur. Məhz buna görədir ki, xalq dövləti rədd etməklə yanaşı, hamını rədd edir və bu, Paşinyana saman çöpündən belə möhkəm yapışmaq imkanı verir”,-deyə Ovannisyan bildirib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ