Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı ittiham irəli sürülüb.
Musavat.com-un məlumatına görə, bunu məlumatlı mənbə yerli mediaya bildirib.
Qeyd olunub ki, bir neçə saat ərzində məhkəmə sabiq nazir barəsində həbs-qətimkan tədbiri seçəcək. Kerobyan artıq bir neçə saatdır ki, İstintaq Komitəsindədir.
Bildirilir ki, istintaqın uzanması İqtisadiyyat Nazirliyində rezonans doğuran hadisə ilə bağlıdır.
“Bildiyiniz kimi, bu iş üzrə Energetika Nazirliyinin keçmiş rəis müavini Ani İspiryan da ev dustaqlığındadır. Parlament sədrinin gəlini Ani Gevorkyanın da eyni işdə əli olub, lakin o, bu yaxınlarda həbsdən evə buraxılıb”, məlumatda deyilir.
Qeyd edək ki, nazir müavini bir gün əvvəl istefa verib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ