Onlayn ictimai-siyasi qəzet
İndi rus işğalçıların əsas məqsədi Pokrovsk istiqamətində cənub cinahı yaratmaqdır.
Bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.
"Biz müdafiə tipli strategiya mərhələsindəyik, məqsəd düşməni tükəndirməkdir. Düşməni necə yormaq olar? Ərazimizin hər metrini onlar üçün cəhənnəmə çevirməklə düşməni tükəndirə bilərik ki, onlar bizdən qat-qat çox resurs itirsinlər, hər qəsəbə, hər kənd onlar üçün cəhənnəmə çevrilsin və əslində, bu qismən belədir; Çasov Yar, Rabotinski cəhənnəmə çevrildi, Severski istiqaməti onlar üçün cəhənnəmdir. Yenə Serebryanski meşəsi, Liman-Kupyansk... - düşmənin heç bir uğur qazana bilməyəcəyi bir çox yerlər var", - Kovalenko bildirib.
Rusiyanın yüzlərlə hərbi obyekti ABŞ-ın ATACMS uzaqmənzilli raketlərinin əhatə dairəsində qalır. Vaşinqton bu raketlərin Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəsinə icazə verərsə, Ukrayna onları vura bilər.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Rusiya qırıcılarını Qərb tərəfindən təchiz edilmiş “Storm Shadow” və ATACMS raketlərinin əhatə dairəsindən kənara çıxarsa da, xeyli sayda hərbi obyekti bu sistemlərin əhatə dairəsində qalır.
ISW hesab edir ki, məhdudiyyətlər Rusiyaya Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün arxa tərəfdə yerləşdirilmiş sistemlərdən istifadəyə imkan verir.
İnstitutun iddiasına görə, ABŞ Britaniyaya Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadəyə icazə verməsinə mane olur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ