Onlayn ictimai-siyasi qəzet
Üz dərisinin qırışması təkcə ağır həyat tərzinin, qocalmanın göstəricisi deyil. Qırışların bir hissəsi insana irsi olaraq nəsillikcə keçir. Bəzən isə elə olur ki, insan məişətdəki xırdalıqlara, əhəmiyyətsiz problemlərə elə həyəcanla reaksiya verir ki, onun üzündə xırda qırışlar yaranır. Lakin insanın üzündə tamamilə fərqli, sağlamlığında bu və ya digər problemlər haqqında xəbərdarlıq edən qırışlar da olur.
İnsan sağlamlığındakı problemlər üzdə qırışlar və izlər buraxır. Onların yerləşməsi və dərinliyi ilə sağlamlıq durumu haqqında ilkin məlumat əldə etmək mümkündür.
Almacıq sümüyünün üzərində süst və sallaq dəri sidik kisəsinin problemləri barədə xəbər verir.
Azca şişman çənə böyrəklərin xəstə olduğunu göstərir.
Almacıq sümüyünün üzərindəki çoxsaylı qırışlar mədənin və mədəaltı vəzinin zəif fəaliyyəti nəticəsində yaranır.
Çənənin üzərindəki köndələn qırışlar qaraciyər və kiçik çanaqda durğunluğun əlamətidir.
Almacıq sümüyünün üzərindəki dəri şəffaf təbəqəni xatırladırsa, qaraciyərin vəziyyətini yoxlamaq lazımdır.
Çənə tez-tez keyləşirsə, kardioloqun qəbulunda olmaq və elektrokardiaqramma müayinəsindən keçmək lazımdır, çünki ola bilsin ürəyinizdə problemlər var.
Burun şişkinliyi, formasının dəyişikliyi və bənövşəyi rəngə çalması ağciyərlərin və yoğun bağırsağın xəstəlikləri barədə xəbər verir.
Burunun hər iki tərəfində dərin simmetrik qırışlar həzm yolunun disfunksiyasını göstərir.
Yuxarı dodağın üzərindəki şaquli, dərin olmayan qırışlar ginekoloji problemlərdən xəbər verir.
Ağız qıraqlarından aşağı uzanan şaquli qırışlar zəif sekresiya funksiyalı qastrit və mədəaltı vəzi xəstəliklərinə olan meyllik barədə xəbərdarlaqdır.
Ağızətrafı hissə və ağızın özü qırışlarla örtülübsə, bu, o deməkdir ki, yoğun bağırsaqlarda spazmalar var.
Ağızətrafında ağ haşiyə diqqəti ürəkdə olan nasazlıqlara yönəldir.
Ağız qırağındakı çatlar duz-su mübadiləsinin pozulması barədə və hətta ola bilsin ki, böyrəklərin mayeni çıxarmaq qabiliyyətinin pozulması barəsində də xəbər verir.
Burunun üst hissəsində çoxsaylı xaçabənzər qırışlar əmələ gəlirsə, onurğa sütununun xəstəliyini də istisna etmək olmaz. Köndələnə qırış isə məhz boyun- ənsə nahiyəsindəki problemin – çox vaxtı osteoxondrozun əlaməti olur.
Alının burunun üstündəki hissəsində yerləşən üfüqi qırışlar – miqrenə olan meylliyin geniş yayılmış əlamətidir.
Qaşların arasındakı dərin şaquli qırış həmin adamın oksigen və təmiz havada hərəkətinin çatışmazlığını göstərir.
Qaşların arasında sağ tərəfdəki şaquli qırış zədələnmiş qaraciyər və öd kisəsinə işarədir. Qırış sol tərəfə meyllidirsə – dalaqda problemlərin olduğunun ilk əlamətidir.
Alının ortasında burunun üst hissəsinin səviyyəsində şaquli qırış mədə problemlərinin olduğunun göstəricisidir.
Gözlərin altında aypara formasında qırışlar – sidik kisəsində mümkün xəstəliklərin “proyeksiyasıdır”.
Üst göz qapağının şişkinliyi böyrəklərin nasazlığına işarədir.
Göz altında şiş ürəyin nasazlığından xəbər verir.
Yazını oxudunuzsa, güzgünün qarşısına keçin, üzünüzdə yuxarıda göstərilən qırışlara rast gəlsəniz həkimə müraciət etməyi ləngitməyin. Arzu edirik ki, üzünüz yalnız gülüşdən qırışsın./Medianews.az/
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ