Onlayn ictimai-siyasi qəzet
Tez yağlanan saçlar bir çox insan üçün gündəlik həyatda ciddi problemə çevrilir. Köpüklənən şampunlar müvəqqəti təmizlik hissi yaratsa da, saç dərisindəki artıq sebumu tamamilə aradan qaldıra bilmir.
Musavat.com saçın təbii təmizləmə üsulu olan - demək olar ki, hər mətbəxdə rast gəlinən sodanın faydasını təqdim edir.
Soda illərdir dəri maskalarında, dişlərin ağardılmasında və ev təmizliyində istifadə olunur. Amma son vaxtlar saç dərisinə olan müsbət təsiri ilə diqqət çəkir. Xüsusilə yağlı saç problemi yaşayanların təcrübələri maraq doğurur. Saçlarını hər gün yumağa məcbur qalan bir çox insan bu üsul sayəsində artıq həftədə iki-üç dəfə yumaqla kifayətləndiyini bildirir.
Mütəxəssislərə görə, saçların tez yağlanmasının əsas səbəbi saç dərisində yığılan sebum və ölü dəridir. Adi şampunlar saç tellərini təmizləsə də, bəzən saç diblərinə tam çatmır.
Karbonat dənəcikləri isə birbaşa dəri səthində işləyərək kökləri açır və saçların “nəfəs almasına” şərait yaradır. Nəticədə həm saçlar daha həcmli qalır, həm də yeni çıxan saçlar daha sağlam olur. Təmizlənmiş saç dərisində qan dövranı sürətlənir və bu da saç tökülməsinin azalmasına kömək edir.
Ovcunuza əlavə etdiyiniz şampuna yarım çay qaşığı soda qarışdırın. Yay aylarında və ya həssas saçlarda miqdarı bir qədər azaltmaq olar. Qarışımı saç diblərinə masaj edərək çəkin və 4-5 dəqiqə saxlayın. Daha sonra bol su ilə yaxalayın. İlk istifadədən sonra belə təmizlik və yüngüllük hissi aydın şəkildə hiss olunacaq.
Sodanı əvvəlcədən şampun şüşəsinə qarışdırmaq olmaz. Çünki qarışım uzun müddət saxlandıqda təsirini itirir.
Həftədə bir-iki dəfə tətbiq etmək kifayətdir. Daha çox istifadəsi saç dərisində həssaslığa səbəb ola bilər.
Musavat.com
03 Noyabr 2025
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ