İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST ən zərərli qidaların siyahısını açıqladı - Dünyada 5 milyard insan...

Sağlam bədənə sahib olmaq üçün yaxşı və balanslı qidalanmaq lazımdır. Diyet bədənin sağlamlığı üçün çox vacibdir. İstehlak etdiyiniz hər şey bədəninizə müxtəlif təsirlər göstərə bilər. Lakin bəzi qidaların istehlakı bədənin sağlamlığına mənfi təsir göstərərək xəstəlik riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı bu qidalar səbəbindən dünyadakı 5 milyard insanın sağlamlığının risk altında olduğunu bildirib. Bu qidaların ürək xəstəliyi, şəkər və xərçəng kimi ciddi xəstəliklərə səbəb ola biləcəyi vurğulanır.

Həmin qidaların siyahısını təqdim edirik:

İşlənmiş ət məhsulları

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa, veçina, sosika və bənzəri işlənmiş ətlərin xərçəngə səbəb olduğunu açıqlayıb. Qurumun dərc etdiyi hesabatda gündə 50 qram işlənmiş ət yeməyin kolon xərçənginə tutulma riskini 18% artırdığı qeyd edilib.

 

 

 

 

Trans yağlar və marqarin

Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar, yəni maye yağın xüsusi üsullarla qatılaşdırıldığı yağlar bədənə zərər verir. Trans yağlarının zərərləri də son illərdə gündəmdədir və Ümumdünya Səhiyyə Təşkilatı trans yağlarının tamamilə aradan qaldırılması istiqamətində iş aparır. Təşkilat bildirir ki, dünyada təxminən 5 milyard insan zərərli trans yağlara qarşı qorunmur və bu da ürək xəstəlikləri və ölüm riskini artırır. ÜST 2018-ci ildə sənaye istehsalı olan trans yağların qlobal şəkildə aradan qaldırılmasını tələb edib. Bir çoxumuza məlumdur ki, bütün yağlar arasında ən zərərlisi marqarindir. Marqarin istehsalında istifadə olunan trans yağlar, kalium sorbatı, trans yağlar, soya yağı və qida boyaları bu məhsulu zərərli edir. Marqarinin əvəzinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha yaxşıdır.

 

 

Qızardılmış qidalar

Restoranlarda uzun müddət dəyişdirilmədən istifadə edilən qızartma yağları da zərərli olur.

 

 

Şəkər və dadlandırıclar

Əksər qidalanma mütəxəssisləri bədənin təmizlənmiş ağ şəkərə heç bir ehtiyacı olmadığını iddia edirlər. Yüksək miqdarda ağ şəkər qaraciyərə zəruri olmayan yorğunluq gətirir və bir çox xəstəliklərə yoluxma riskini artırır. Ağ şəkəri azaldıqda, dənli bitkilərdən və tərəvəzlərdən əldə etdiyiniz şəkəri bədəniniz sağlam şəkildə istifadə edə bilər və şəkər ehtiyacınız təmin edilir. \ Ümumdünya Səhiyyə Təşkilatı normal şəkər üçün gündə 25 qramdan çox olmamalı olduğunu söyləyir.

 

 

 

 

Konservləşdirilmiş və paketlənmiş qidalar

Ümumiyyətlə, konservləşdirilmiş qidaların çoxunda saxlama müddətini uzatmaq üçün əlavə olunan zərərli maddələr bu məhsulları zərərli edir. Məsələn, kartof çiplərindəki monosodyum glutamat siqaret çəkmək kimi təsirə malikdir. Çipslər əvəzinə, təbii çipslərinizi sobada incə doğranmış kartofdan hazırlaya bilərsiniz.

 

 

Bulyon

Plova, şorbaya və bir çox xörəklərə qatılan bulyonun orqanizmə vurduğu ziyan göz ardı edilməyəcək qədər ciddidir. Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklərə səbəb olmaqla orqanizmi məhv edən məhsulun zərərləri həqiqətən inanılmazdır. Anormal ürək döyüntüsü, nəfəs almaqda çətinlik, hətta Alzheimer kimi xəstəliklərə səbəb olur.

 

 
//BAKU.WS 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR