İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST: 2050-ci ilədək iqlim dəyişikliyindən ölüm halları ildə 250 minə çata bilər

ÜST 2050-ci ilədək iqlim dəyişikliyi fonunda xəstəliklərin artması nəticəsində ölüm hallarının ildə təxminən 250 minə çatacağını proqnozlaşdırır.

“Report”un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun köməkçisi Aylan Li bildirib.

Onun sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət heç bir tədbir görmədən adi həyat tərzini davam etdirərsə, vəziyyət daha da pisləşəcək: "İqlim dəyişikliyi dövrümüzün sağlamlıq və dayanıqlı inkişaf üçün ən böyük təhlükələrindən biridir".

Bundan əlavə, Aylan Li Azərbaycanın COP29-a sədrlik etməsini yüksək qiymətləndirib. O bildirib ki, beynəlxalq ictimaiyyətin fəal əməkdaşlığına və səhiyyə sistemlərinin dayanıqlılığı üzrə iqlim təşəbbüslərinin tez bir zamanda həyata keçirilməsinə ümid edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR