İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ürək əməliyyatı olacaqdım, balamı gözləyirdim" - “Mahir Ay Brat”ın anası danışdı - VİDEO

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin ("Mahir ay Brat") cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Azadlığa qovuşan meyxanaçı İTV-yə açıqlama verib:

“Çox sağolsunlar ki, məhkəmədə ədalətli qərar çıxartdılar. Sağolsunlar humanist addım atdılar”.

Meyxanaçının anası da, oğlunun evə gedəcəyindən sevindiyini bildirib:

“Allah hakimdən də, vəkildən də razı olsun. Sağolsunlar ki, balamı mənə təhvil verdilər. Ürəyimdən əməliyyat olacaqdım, balamı gözləyirdim. Şükürlər olsun Allahın birliyinə”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR