İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-in gənc tədqiqatçısı doktorantura üzrə Dövlət Proqramının qalibi olub

UNEC-in Əziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının laborant-tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olub.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından yüksək bal (78) toplayaraq, İtaliyanın nüfuzlu Bolonya Universitetinin “Qida elmləri və qida texnologiyaları" ixtisasının doktorantura proqramına qəbul olub. O, Dövlət Proqramı ilə 3 il müddətində doktorantura təhsilini İtaliyanın Bolonya Universitetində davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR