Onlayn ictimai-siyasi qəzet
İyulun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz imtahan sessiyasının sonuncu “Açıq Qapı” günü keçirilib.
UNEC-in rektoru professor Ədalət Muradov, millət vəkili Etibar Əliyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə və müvafiq struktur rəhbərlərinin iştirak etdiyi görüşdə tələbə, valideyn və vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər diplomun vaxtında verilməməsi, qaib limitini aşmaq, imtahan nəticələrinin artırılması üçün təkrar imtahanın təşkili, təhsil haqqına güzəştin olunması, UNEC-də pedaqoji fəaliyyətə başlamaq barədə olub.
Hər bir müraciət dinlənildikdən sonra onların həlli istiqamətində qərarlar qəbul edilib və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ